Real İnşaat
Haqqımızda
Layihələr
Fəaliyyət sahələri
Texnikalar
Xəbərlər
Partnyorlar
Qalereya
Əlaqə
+994 51 205 98 67
info@realins.az
Bakı şəhəri, Svetlana Məmmədova, 203c

© 2026 Real İnşaat MMC. Bütün hüquqlar qorunur.

HazırladıWebX
Real Insaat Logo
Layihələr
Fəaliyyət sahələri
Texnikalar
Xəbərlər
Partnyorlar
Qalereya
Əlaqə
İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

30 avqust 2013, 10:00

İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

29 avqust 2013-cü il tarixdə Prezident İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Azərbaycan Prezidentinə məlumat verildi ki, binanın tikintisinə ötən ilin iyulunda başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Şəhərin ən gözəl binalarından olan Gənclər Mərkəzinin ümumi sahəsi üç min kvadratmetrdir.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr vardır. Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Bunun üçün ayrıca internet otağı vardır. Bütün kompyuterlər internetə qoşulmuşdur. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.

Burada, həmçinin iclas və akt zalları, atıcılıq otağı, 3D kinozalı, linqafon otağı, elektron kitabxana və digər yardımçı otaqlar vardır. Müasir avadanlığın quraşdırıldığı atıcılıq salonunda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələrində və onların interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaqdır. Bu mərtəbədə fəaliyyət göstərən disko-barda ən müasir akustika sistemi quraşdırılmışdır. Binanın birinci mərtəbəsində oyun zalı yaradılmışdır. Burada müxtəlif növ oyun aparatları, dördcərgəli boulinq zalı, balacalar üçün “Labirint” oyun guşəsi fəaliyyət göstərəcəkdir. İkinci mərtəbədə gənclər kafesi yaradılmışdır. Bildirildi ki, elektron kitabxananın fondunda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar toplanmışdır. Bir sözlə, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır. Prezident İlham Əliyev Gənclər Mərkəzi ilə tanışlıqdan sonra tapşırıq və tövsiyələrini verdi.

Gallery image 1
İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib

İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib

27 sentyabr 2025, 13:40

İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

10 may 2025, 09:50

İlham Əliyev Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

İlham Əliyev Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

10 may 2025, 12:00