
12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u isə dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilmişdir. Bu kompleks qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir.
Təhvil ili
2013
Məkan
Abşeron rayonu, Masazır qəsəbəsi
Ümumi torpaq sahəsi
12 hektar


Dövlətimizin başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlandı.
Ən müasir standartlar səviyyəsində inşa olunmuş üçmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Bundan başqa, foyedə ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısı və onlarla görüşlərini, eləcə də Zəngilanın işğaldan əvvəlki görüntülərini əks etdirən fotostend yaradılmışdır. İş otaqları ilə tanışlıq zamanı bildirildi ki, burada işçilərin rahat fəaliyyəti üçün hər cür şərait vardır. Üçüncü mərtəbədəki 50 nəfərlik akt zalında isə müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır.
Azərbaycan Prezidenti məhəllədə salınmış 280 yerlik “Şəfəq” uşaq bağçası ilə də tanış oldu. Bildirildi ki, bağçanın ikimərtəbəli binası zəruri avadanlıqla təchiz olunmuşdur. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır. Bağçanın musiqi zalında da hər cür şərait vardır.


Daha sonra Prezident İlham Əliyev 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəbinə gəldi.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də məhəllənin baş planını əks etdirən stendlər quraşdırılmışdır.
Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır.
