Real İnşaat
Haqqımızda
Layihələr
Fəaliyyət sahələri
Texnikalar
Xəbərlər
Partnyorlar
Qalereya
Əlaqə
+994 51 205 98 67
info@realins.az
Bakı şəhəri, Svetlana Məmmədova, 203c

© 2026 Real İnşaat MMC. Bütün hüquqlar qorunur.

HazırladıWebX
Real Insaat Logo
Layihələr
Fəaliyyət sahələri
Texnikalar
Xəbərlər
Partnyorlar
Qalereya
Əlaqə

Ağdam rayonu, Kəngərli kənd uşaq bağçası

Ağdam rayonu, Kəngərli kənd uşaq bağçası

Layihə haqqında

Ağdam rayonunun Kəngərli (Aşağı Ortağ) kəndində inşa edilmiş yeni körpələr evi-uşaq bağçası layihəsi çərçivəsində tikilmiş bina müasir standartlara cavab verir və 1 yeraltı + 2 yerüstü mərtəbədən ibarətdir. Burada 120 yerlik bağça fəaliyyət göstərəcək, uşaqlar üçün geniş oyun meydançası və idman avadanlıqları yaradılıb; bina ətrafında isə geniş abadlıq işləri aparılıb.

120 yerlik bağçaOyun və idman meydançası

Tikilib, istismara verilib

Təhvil ili

Təhvil ili

2025

Məkan

Məkan

Ağdam rayonu, Kəngərli kəndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verdi.

Qeyd edildi ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Gallery image 1