Real İnşaat
Haqqımızda
Layihələr
Fəaliyyət sahələri
Texnikalar
Xəbərlər
Partnyorlar
Qalereya
Əlaqə
+994 51 205 98 67
info@realins.az
Bakı şəhəri, Svetlana Məmmədova, 203c

© 2026 Real İnşaat MMC. Bütün hüquqlar qorunur.

HazırladıWebX
Real Insaat Logo
Layihələr
Fəaliyyət sahələri
Texnikalar
Xəbərlər
Partnyorlar
Qalereya
Əlaqə

Ağdərə rayonu Talış kəndi

Ağdərə rayonu Talış kəndi

Layihə haqqında

Ağdərə rayonunun Talış kəndində həyata keçirilən yenidənqurma layihəsi çərçivəsində kəndin sosial infrastrukturu müasir standartlara uyğun şəkildə bərpa edilmişdir. Layihə çərçivəsində yaşayış evləri, inzibati bina, ümumtəhsil məktəbi, uşaq bağçası və digər sosial obyektlər tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Kənd ərazisində yol, mühəndis-kommunikasiya xətləri, abadlıq və yaşıllaşdırma işləri görülmüş, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün hərtərəfli şərait yaradılmışdır. Layihə Böyük Qayıdış Proqramı çərçivəsində icra olunaraq istismara verilmişdir. Qeyd edək ki, Talış kəndi Qarabağ İqtisadi rayonunda bərpa olunmuş ilk kənddir.

Fərdi evlər, sosial obyektlərMəktəb, uşaq bağçasıMarket, aptekİnzibati binalar və s.

Tikilib, istismara verilib

Təhvil ili

Təhvil ili

2023

Məkan

Məkan

Ağdərə rayonu, Talış kəndi

Xatırladaq ki, dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. İşğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Kənddə aparılan təmir-bərpa işlərinin birinci mərhələsi çərçivəsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və seyr meydanı tikilib.

Görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Bunlardan biri də inzibati binadır.

Mövcud ikimərtəbəli inzibati bina əsaslı təmir edilib, dam örtüyü sökülərək yenidən qurulub. İnzibati binanın qarşısındakı ərazidə kənd meydanının bərpası həyata keçirilib və burada geniş yaşıllaşdırma işləri aparılıb. Binanın bütün kommunikasiya sistemləri yenidən qurulub. İnzibati bina yanğın siqnalizasiya, rabitə və videomüşahidə sistemləri ilə təchiz edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndindəki uşaq bağçasında yaradılan şəraitlə də tanış oldular. Uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir edilib. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Binanın daxili hissəsi bütün lazımi texniki xidmət avadanlığı ilə təchiz olunub. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub. Bir sözlə, burada balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.

Talış kəndindəki 78 şagird yerlik məktəb binası ilə tanışlıq zamanı məlumat verildi ki, ikimərtəbəli binanın da bərpası və yenidən qurulması həyata keçirilib. Dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə sistemləri ilə təchiz edilib. Təhsil ocağının binasının birinci və ikinci mərtəbələrində sinif, tibb və müəllimlər otaqları, mansardda isə akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılıb.

Gallery image 1