
12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Mingəçevir şəhərinin kommunikasiyalarına qoşulub. Yeni məhəllə Məcburi Köçkünlərin İnkişaf Fondunun sifarişi ilə inşa olunub. Məhəllənin tikintisinə 2014-cü ilin may ayında başlanılıb və 2015-ci ilin fevralında tam başa çatdırılıb. Yeni yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış sayca 89-cu yaşayış kompleksidir.
Təhvil ili
2015
Məkan
Mingəçevir şəhəri
Ümumi torpaq sahəsi
12 hektar


Yeni yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Dövlət başçısı 480 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış oldu.
Yüksək keyfiyyətlə inşa olunan, müasir avadanlıqla təchiz edilən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.


Burada yeni yaşayış kompleksinin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Mingəçevir şəhərinin kommunikasiyalarına qoşulub. Yeni məhəllə Məcburi Köçkünlərin İnkişaf Fondunun sifarişi ilə inşa olunub. Məhəllənin tikintisinə 2014-cü ilin may ayında başlanılıb və bu ilin fevralında tam başa çatdırılıb. Yeni yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış sayca 89-cu yaşayış kompleksidir.
Dövlət başçısı yaşayış kompleksinin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı. Qeyd olundu ki, uşaq bağçasında da yüksək şərait yaradılıb.
Sonra Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış oldu.
