
Layihə çərçivəsində binaların yerləşdiyi ümumi ərazi 10 hektardır. Beşmərtəbəli 10 binada bir, iki, üç və dördotaqlı 612 mənzil vardır. Bu mənzillərdə şəraiti dözülməz olan ictimai obyektlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcəkdir. Mənzillərdə yüksək şərait yaradılmışdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina inşa edilmişdir.
Təhvil ili
2010
Məkan
Yevlax rayonu
Ümumi torpaq sahəsi
10 hektar


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə yaradılan məhəllədə geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Burada 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binaları, qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, su və qaz xətləri çəkilmişdir. Məhəllədə dörd subartezian quyusu qazılmış, iki su anbarı tikilmiş, ümumi uzunluğu 2 kilometrdən çox olan asfalt-beton yol salınmışdır.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 30 nömrəli tam orta məktəbin açılışında iştirak etdilər.


İkimərtəbəli məktəb binası müasir üslubda inşa edilmişdir. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğılarını, məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər, həmçinin Kəlbəcər rayonunun işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən faktların və fotoların, Milli qəhrəmanlar haqqında məlumatların toplandığı lövhə yaradılmışdır. Məktəbdə 35 sinif otağından əlavə, fizika-astronomiya laboratoriyası, metal emalı və dülgərlik emalatxanası, tarix, ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya, kimya-biologiya, ibtidai hərbi hazırlıq, informatika, xarici dillər, dərzilik və rəsm kabinələri yaradılmışdır. Təhsil ocağında müxtəlif tədbirlərin keçirilməsi üçün 146 yerlik akt zalı da vardır.
Şagirdlərin bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün məktəbdə hər cür şərait yaradılmışdır. Məktəbin ərazisində futbol, voleybol və basketbol meydançaları da tikilmişdir.
